Sadıqcanın Ev Muzeyi ziyarətçilərin istifadəsinə verildi

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Mirzə Sadıq Əsəd oğlu – Sadıqcanın zəngin irsini yaşatmaq məqsədilə yaradılan Sadıqcanın Ev Muzeyi ziyarətçilərin istifadəsinə verilib.

Muzeydə Sadıqcanın həyat və yaradıcılığını əks etdirən eksponatlar, tar alətinin inkişaf mərhələlərini nümayiş etdirən kolleksiyalar, arxiv materialları və rəqəmsal təqdimatlar nümayiş olunur.

Ziyarətçilər interaktiv sensor ekranlar vasitəsilə tarın quruluşunu 3D formatda araşdıra, alətin hissələri haqqında məlumat əldə edə və Sadıqcanın Azərbaycan musiqisinə baxış etdiyi yeniliklərlə yaxından tanış ola bilərlər.

Paylaş: